Fazil Məmmədov güləşçiləri nəzarətdə saxlayır » AzNews.info -Xəbər portalı

Bölmə: İdman » Güləş

Fazil Məmmədov güləşçiləri nəzarətdə saxlayır

Fazil Məmmədov güləşçiləri nəzarətdə saxlayır

Güləş üzrə Azərbaycan yığma komandaları təqvim planında nəzərdə tutulan qrafik üzrə qarşıdan gələn yarışlara hazırlıqları Olimpiya Güləş Mərkəzində davam etdirir.

Federasiyanın rəsmi saytında yerləşdirilmiş məlumata əsasən, sərbəst və yunan-Roma güləşi üzrə böyüklərdən ibarət yığma komandalar fevralın 1-dək cari ilin ilk təlim-məşq toplanışında iştirak edəcəklər. Toplanışa Qazaxıstan və Ukrayna sərbəst güləş yığmaları da qoşulub.

Fazil Məmmədov güləşçiləri nəzarətdə saxlayır


Bu gün Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Firdovsi Umudov hər üç yığmanın məşq prosesini izləyib, güləşçilərin hazırki vəziyyəti və qarşıdan gələn yarışlara hazırlığı ilə tanış olub. Yığma üzvləri ilə söhbət edən F.Umudov idmançıların nizam-intizam qaydalarına riayət etməsinin vacibliyini bildirib: "Hər bir idmançı, ilk növbədə, nizam-intizamlı olmalıdır. Uğur qazanmaq üçün intizamlı olmaq, proqram əsasında çalışmaq vacibdir. Güləşçilərimiz hər zaman mötəbər yarışlardan qalib ayrılaraq xalqımızı, dövlətimizi sevindiriblər. Qazanılan qələbələr ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilib. Çalışmaq lazımdır ki, bundan sonra da nailiyyətlərimizlə güləş azarkeşlərini, xalqımızı sevindirək. Bunun üçün federasiya rəhbərliyi tərəfindən hər cür şərait yaradılıb. Federasiya prezidenti Fazil Məmmədov yığma komandaların hazırlıq prosesini daim nəzarətdə saxlayır".

Təlim-məşq toplanışlarının artıq başladığını deyən I vitse-prezident güləşçilərin məşq proseslərindən maksimum yararlanmalı olduqlarının vacibliyini bildirib: "Bizim, məşqçilərin və idmançıların üzərinə düşən ən vacib məsələ hazırlıqları ən yüksək səviyyədə davam etdirmək və qələbələr qazanmaqdır. Güləşçilər özləri də fiziki və taktiki hazırlıqlarının artırılması üçün məşq proseslərindən maksimum faydalı istifadə etməyə çalışmalıdırlar. Hər bir yığma üzvünün qələbə potensialı var. Sadəcə, əzmlə çalışıb mövcud potensialı ortaya qoymaq lazımdır".

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *