Topaz Premyer Liqaya sponsorluq etməkdən imtina etdi
Topaz Premyer Liqa ilə titullu sponsorluq haqqında müqavilənin müddətini uzatmayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bildirib.
Premyer Liqa və Topaz arasındakı müqavilə sona çatıb, və bukmeker dəftərxanası onun müddətini uzatmaq istəməyib.
Musayevin sözlərinə görə, bu il Premyer Liqanın titullu sponsoru olmayacaq.
Mənbə:> Oxu.Az