Premyer Liqa bitdi: kim hara gedir?
Rusiya Premyer Liqasında 2014/15 mövsümünə yekun vurulub.
ANS PRESS-in məlumatına görə, sonuncu - XXX turun oyunları bu gün keçirilib.
"Zenit"in 67 хalla çempion olduğu mövsümdə ÇSKA gümüş medalları qazanıb. Sürpriz şəkildə üçüncü pilləni tutan "Krasnodar" bürünc medallara sahib çıхıb.
Çempion "Zenit" birbaşa Çempionlar Liqasının qrup, ÇSKA III təsnifat mərhələsinə vəsiqə qazanıb. 3-4-cü pillələri tutan "Krasnodar" və Moskva "Dinamo"su Avropa Liqasının III təsnifat mərhələsində mübarizə aparacaq. Ölkə kubokunun qalibi "Lokomotiv" (Moskva) isə birbaşa qrup mərhələsinə vəsiqə qazanıb.
Son iki pilləni tutan "Torpedo" (Moskva) və "Arsenal" (Tula) I diviziona yuvarlanıb. I divizionda çempion olan "Krılya Sovetov" və "Anji" yenidən Premyer Liqaya qayıdıb.
Premyer Liqada 13-14-cü pillələri tutan "Ural" (Sverdlovsk) və "Rostov"la I divizionun 3-4-cü pillələrində qərarlaşan "Tosno" və "Tom" güclülər dəstəsinə son vəsiqələri müəyyənləşdirmək üçün pley-off oyunları keçirəcək.
Mənbə:> ANSPRESS