Qvardiola: "Oyunçuları öldürürük"
"Bavariya" klubunun baş məşqçisi Pep Qvardiola Almanitya Futbol Federasiyasını kəskin tənqid edib.
ANS PRESS-in məlumatına görə, oyunlar arası müddətin çox az olduğunu və bunun yorucu olduğunu söyləyib.
Federasinın nizamladığı oyun cədvəlini tənqid edən Pep bir həftədə 3 matç oynanmasının fiziki baxımdan çox ağır olduğunu ifadə edib: "Sanki oyunçuları öldürürük! Matçların bu qədər tezt-tez olması mənasızdır. Futboçuların istirahət etməyə ehtiyacı var".
Yalnız öz komandası adına danışmadığını deyən baş məşqçi bunun bütün klublara mənfi təsir etdiyini söyləyib: "Bu yalnız "Bavariya" üçün deyil, "Leverkusen" və "Dortmund" da çətinlik yaradır. Üç gündə bir eyni futbolçularla oynamaq mümkün deyil".
Mənbə:> ANSPRESS