“Beşiktaş” çempionluqdan əlini üzdü
Türkiyə Superliqasının 32-ci turunda “Konyaspor”u qəbul edən “Beşiktaş” bu matçda məğlub olub. “Qafqazinfo” xəbər verir ki, 1:0 hesabı ilə yenilən “qara qartal” birincilik uğrunda mübarizədən kənarda qalıb.
Belə ki, lider “Qalatasaray”la aralarında yaranan xal fərqi 7 olan Slaven Biliçin komandası ən yaxşı halda 2-ci ola bilər.
18 may
Türkiyə superliqası, 32-ci tur
"Beşiktaş" - "Konyaspor" - 0:1
Qol: Torje, 80 (0:1)
Mənbə:> Qafqazinfo.az