Türkiyə futbolunda növbəti qalmaqal
AzNews.info “qol.az”-a istinadən məlumatına görə, qonaq komandanın penaltidən hesabı bərabərləşdirməsindən sonra meydanda ara qarışıb.
Matçın 88-ci dəqiqəsində İbrahim Konuksevərin vurduğu qolla hesabda önə keçən "Yeni Diyarbakırspor"un sevinci uzun çəkməyib. Oyuna əlavə edilmiş dəqiqələrdə hakim meydan sahiblərinin qapısına 11 metrlik cərimə zərbəsi təyin edib.
Qonaqların hesabı bərabərləşdirməsindən sonra ev sahibi komandanın azarkeşləri meydançaya daxil olaraq hakimlərə və rəqib futbolçulara hücum çəkiblər. Hadisələrə müdaxilə edən polis bibər qazı və su şırnağı ilə azarkeş kütləsini dağıtmağa çalışıb.
Baş vermiş xoşagəlməz hadisələr zamanı çoxlu sayda azarkeş və polis yaralanıb. Matçın hakimləri xüsusi avtomobillə gücləndirilmiş təhlükəsizlik tədbirləri altında stadiondan ayrılıb.
Mənbə:> Qol.Az