"Qalatasaray"ın qolkiperi Avropa nəhənglərinin hədəfində » AzNews.info -Xəbər portalı

Bölmə: İdman » Futbol

"Qalatasaray"ın qolkiperi Avropa nəhənglərinin hədəfində

"Qalatasaray"ın qolkiperi Avropa nəhənglərinin hədəfində


"Qalatasaray"ın qapıçısı Fernando Musleraya Avropadan gələn təkliflərin sayı artır.

ANS PRESS-in məlumatına görə, uruqvaylı qolkiper indi də "Arsenal"ın maraq dairəsinə düşüb.

Məlumata görə, Peter Çeхin transferi üçün "Çelsi" ilə danışıqlar aparan "topçular" mənfi cavab alıb. Bundan sonra isə "Arsenal" rəhbərliyi baş məşqçi Arsen Vengerin istəyi ilə Musleranı transfer siyahısına salıb.

"Qalatasaray"ın Avropadan təklif alan digər üzvü Koray Günterdi. 20 yaşlı stoperi Dortmund "Borussiya"sı geri qaytarmaq istəyir.

2008-2013-cü illərdə "Borussiya"nın aşağı yaş qrupları üzrə komandalarında futbolun sirrlərini öyrənən Koray 2013/14 mövsümündə əsas heyətlə bir Bundesliqa matçına çıхmışdı. O, ötən mövsümün qış fasiləsində transfer olunduğu "Qalatasaray"ın əsas heyətində 26 oyun keçirib.

Məlumata görə, "Borussiya" mövsümün sonunda Matt Hummelsi "Barselona" və ya "Mançester Yunayted"ə satacaq. Məşqçilər korpusu onun yerinə Korayı transfer etmək niyyətindədi. Almanlar bu transfer üçün "Qalatasaray"a 7 milyon avro ödəməyə də hazırdı.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *