Qurban Qurbanov: Mənə ən çox evdə bu hesabla uduzmağımız təsir etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Futbol, Video

Qurban Qurbanov: Mənə ən çox evdə bu hesabla uduzmağımız təsir etdi – VİDEO

Qurban Qurbanov: Mənə ən çox evdə bu hesabla uduzmağımız təsir etdi

UEFA Avropa Liqasının V turu çərçivəsində “Qarabağ” Bakıda Portuqaliyanın “Sportinq” klubu ilə qarşılaşıb və 1:6 hesabı ilə uduzub.

Görüşdən sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyun haqqında fikirlərini bildirib:

“Çox üzücü məğlubiyyət aldıq. Bəlkə də ən yaxşı oyunlarını bizə qarşı keçirdilər. Biz bu gün rəqibdən zəif oynadıq. Oyunumuzdan razı qalmadım. Bu, bizim əsl gücümüzü göstərdi.

Bəli, mən Kosovo ilə oyundan sonra da bu cümləni işlətmişdim. İnkişaf etmək üçün gərək hər şeyə sıfırdan başlanılsın. Mənə ən çox təsir edəni evdə bu cür hesabla uduzmağımız oldu. Ümumiyyətlə, heç vaxt Bakıda məğlub olmağı sevməmişəm.

Biz ancaq belə oyunlardan öyrənib, təcrübə toplaya bilərik. Belə qollar buraxmaq olmazdı.

Futbolçularımız şəhid ailəsi uşaqları ilə meydana çıxmağın məsuliyyətini dərk edirdi. Biz də istəməzdik ki, belə hesab qeydə alınsın”.


Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *