Qurban Qurbanov: Belə məğlubiyyətlər olmalıdır » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Futbol

Qurban Qurbanov: Belə məğlubiyyətlər olmalıdır

Qurban Qurbanov: Belə məğlubiyyətlər olmalıdır


Bəli, məğlub olduq, ancaq çox yaxşı oynadığımızı düşünürəm.

Oxu.Az xəbər verir ki, bunu “Qarabağ” – “Arsenal” oyunundan sonra keçirilən mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov deyib:

“Rəqibdən çəkinmədən mübarizə apardıq. Oyunçularıma təşəkkür etdim. Azərkeşlərə də çox təşəkkür edirik. Böyümək üçün belə məğlubiyyətlər olmalıdır”.

O bildirib ki, xeyli sayda qol epizodları olsa da, “Qarabağ” onlardan istifadə edə bilməyib.

“Arsenal”ın son vaxtlar belə üçlü müdafiə ilə oynadığını xatırlamıram. Emerinin heyəti bizi təəccübləndirdi. Buna görə belə düşündük ki, qabaqda pressinqlə başlayaq. Məncə, pis də alınmadı. Ən əsası azarkeşlərə yaxşı futbol göstərdik”, – deyə o vurğulayıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *