Qurban Qurbanov “Qarabağ”ın şanslarından danışdı
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov sabah Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Danimarkanın “Kopenhagen” klubuna qarşı oyundan gözləntiləri ilə bölüşüb.
Oxu.Az-ın məlumatına görə, baş məşqçi bildirib ki, cavab matçı daha çətin olacaq.
“İlk dəqiqələrdən rəqib pressinq edəcək və bu oyunda daha çox güc sərf etməliyik. Rəqib azarkeşlərin dəstəyi ilə yaxşı nəticə qazanmağa çalışacaq, bunun qarşısını almaq üçün meydana çıxacağıq. Sabah bizi ağır oyun gözləyir. Şansımız var və bu şansdan maksimum istifadə etməyə çalışacağıq”, - Qurban Qurbanov deyib.
Xatırladaq ki, “Kopenhagen”-“Qarabağ” matçı avqustun 23-də “Parken” stadionunda keçiriləcək. Matçını start fiti Bakı vaxtı ilə saat 22:45-də səslənəcək. Bakıda keçirilən ilk oyun “Qarabağ”ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Mənbə:> Oxu.Az