Qurban Qurbanov: Ardıcıl ikinci il Avropa Liqasının qrupunda oynamaq xoşdur » AzNews.info -Xəbər portalı

Bölmə: İdman » Futbol

Qurban Qurbanov: Ardıcıl ikinci il Avropa Liqasının qrupunda oynamaq xoşdur

Qurban Qurbanov: Ardıcıl ikinci il Avropa Liqasının qrupunda oynamaq xoşdur


“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsi çərçivəsində İngiltərə “Tottenhem”inə qarşı 1-ci matçdan əvvəl jurnalistlərin suallarını cavablandırıb.

“Ardıcıl ikinci il Avropa Liqasının qrup mərhələsində oynamaq xoşdur, - Oxu.Az Qurban Qurbanovdan sitat gətirir. – “Qarabağ” ən yaxşı oyunlarından birini göstərməyə çalışacaq. Futbolçular həvəslidirlər. Azarkeşlərimizi sevindirmək istəyirik.

Matç zamanı havanın necə olacağını bilmirik, lakin yağış yağarsa, bizim üçün çətinlik yarana bilər.

Hələlik Maksim Medvedyevin oynayıb-oynamayacağı barədə qərar qəbul etməmişəm. Ola bilsin İlqar Qurbanov meydana çıxsın. Ehtimal var ki, yeni futbolçularımızdan kimlərsə ilk dəqiqələrdən oyuna qatılacaqlar”.

Xatırladaq ki, “Tottenhem” – “Qarabağ” matçı bu gecə keçiriləcək və Bakı vaxtı ilə 00:05-də başlayacaq.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *