Qurban Qurbanov: Respublika stadionunun qazonu idealdan çox uzaqdır
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsində İsveçrənin “Yanq Boyz” komandası ilə cavab matçından öncə mətbuat konfransı keçirib.
“Bizi çətin oyun gözləyir. Mən hələ birinci matçdan sonra demişdim ki, rəqib çox xoşagəlməzdir. Hər şey istənilən an dəyişə bilər.
Respublika stadionunun qazonunun vəziyyəti nə haldadır? Əlbəttə ki, o, idealdan çox uzaqdır. Amma biz bunun üzərində çox dayanmamağa çalışırıq. Sahənin keyfiyyəti ucbatından oyun göstərişli olmaya bilər.
Bizim futbolçular xaricdə keçirilən oyundan sonra eyforiyaya qapılmayıblar. Azarkeşlər və KİV qrup mərhələsinə çıxacağımıza bizdən daha çox inanırlar.
Biz Avropa kubokları çərçivəsində keçirilən ev sahibliyi etdiyimiz oyunlarda son zamanlar az qol vururuq. Amma elə oyunlar olur ki, 0:0 hesabı da əlverişli olur. Müdafiədə çox diqqətli olmaq lazımdır.
Biz ayrılıqda 11 metrəlik zərbələri məşq etmişikmi? Ümid edirəm ki, penaltilərə növbə çatmaz. Bu, lotereyadır. Matça bir neçə gün qalmış mən futbolçularda psixoloji problemlərin yaranmaması üçün məşqlərdə penalti vurmamağı tapşırıram. Ümumilikdə isə əlbəttə ki, uşaqlar məşqlərdə penalti vururlar”.
Mənbə:> Oxu.Az