Qurban Qurbanov: Bu sonuncu şansdır
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqqasının pley-off mərhələsində “Yanq Boyz” komandası ilə oyun qabağı fikirləri ilə bölüşüb.
“Hər iki komandanın Avrokubokların qrup mərhələsində düşmək üçün bu sonuncu şansıdır”, - Oxu.Az baş məşqçinin sözlərini sitat gətirir. – Maraqlı oyun gözləyirik. Oyun süni ot örtüyündə keçiriləcək, lakin bu bizdə narahatçılıq yaratmır, çünki biz belə meydançalarda oynamağa öyrəşmişik. Bu cütlükdə kiminsə favorit olduğunu deyə bilmərəm. Hər iki komandanın eyni şansı var”.
Xatırladaq ki, oyun sabah Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Mənbə:> Oxu.Az