“Qarabağ” Bakıda biabırçı hesabla uduzdu – VİDEO
Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində “Qarabağ” futbol klubu Portuqaliyanın “Sportinq” klubunu qəbul edib.
Bakı Olimpiya Stadionunda keçirilən oyun qonaq komandanın 6:1 hesablı qələbəsi ilə yekunlaşıb.
“Sportinq”in heyətində Bas Dost (5-ci dəqiqə, penalti), Bruno Fernandes (20 və 75-ci dəqiqələr), Nani (33-cü dəqiqə), Abdulay Diabi (65 və 82-ci dəqiqələr) fərqləniblər.
“Qarabağ”ın yeganə qolunu isə 14-cü dəqiqədə Abdullah Zubir vurub.
Mənbə:> Virtualaz.org