Berezutski və Səmədov Azərbaycan ilə DÇ-2018-də oynamaq istəyirlər
Rusiyanın futbol üzrə yığmasının və Moskvanın MOİK (Mərkəzi İdman Ordu Klubu) komandasının futbolçusu Vasili Berezutski 2018-ci il Dünya Çempionatının finalında oynamaq istədiyini və həlledici matçda rəqib komandanın Azərbaycan yığmasının olmasına qarşı olmadığını bəyan edib.
Oxu.Az R-Sport-a istinadən xəbər verir ki, bazar günü Rusiyanın futbol üzrə yığma komandasının baş məşqçisi Fabio Kapello və milli komandanın yeddi futbolçusu uşaq futbol məktəblərinin oyunçuları ilə görüş keçiriblər.
Tədbir bazar günü axşam məşqindən öncə Novoqorskda Qazaxıstan yığması ilə yoldaşlıq matçı ərəfəsində keçirilib.
Oyunçulardan görüşdə Aleksandr Səmədov, Dmitri Poloz, Pavel Moqilevets, Yuri Lodıgin, Aleksey Mirançuk, İqor Portnyagin və Bezerutski iştirak edib.
“Finalda oynamaq istərdim - fərqi yoxdur kiminlə. Əgər bu Azərbaycan yığması olsa, əla olardı”,- Berezutski uşaqlarla söhbətdə bildirib.
Ordu klubunun müdafiəçisinin arzusuna Azərbaycan kökləri olan Aleksandr Səmədov da qoşulub.
“Mənim üçün Rusiya yığmasında çıxış etmək məsuliyyətdir, fəxrdir. Mən yığmada oynamaq istəyirdim, indi isə öz ölkəmin bayrağını mümkün qədər uzun müddət qorumağı arzulayıram” - MOİK-in oyunçusu davam edib.
Mənbə:> Oxu.Az