Millinin rəhbəri orduya çağırıldı
Ukraynanın futbol üzrə yığma komandasının baş məşqçisinin köməkçisi Aleksandr Zavarov Ukrayna ordusuna çağrılıb.
ANS PRESS-in məlumatına görə, bu barədə Ukraynada nəşr olunan "Futbol" jurnalının redaktoru Artyom Frankov öz "Tvitter" hesabında bildirib.
KİV-in yazdığına görə, Ukrayna Futbol Federasiyasına 89 hərbi çağırış gəlib. Onların sırasında Aleksandr Zavarov da var.
53 yaşlı Aleksandr Zavarov 1980-ci illərin sonlarında və 1990-cı illərin əvvəllərində SSRİ yığmasında və İtaliyanın "Yuventus" komandasında oynayıb. 1990-cı ildə o, həmin komandanın tərkibində UEFA kubokunu qazanıb.
O, 2013-cü ilin noyabr ayından Ukraynanın futbol üzrə yığma komandasının baş məşqçisinin köməkçisi vəzifəsində çalışır.
Mənbə:> ANSPRESS