Aleksandr Əliyev "Qarabağ"da?
Aleksandr Əliyevin adı yenidən "Qarabağ"la yanaşı hallanıb.
ANS PRESS-in məlumatına görə, Ukrayna yığmasının sabiq üzvünün Ağdam klubuna keçidinin gündəmdə olduğu bildirilib.
Bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Həmkarlarımızın məlumatına görə, "Anji"dən ayrılandan sonra klubsuz qalan Əliyev "Kasımpaşa" və "Qarabağ"dan təklif alıb. Azad agent olan Azərbaycan əsilli forvard bu iki klubdan birinə keçəcək.
Qeyd edək ki, Əliyev əvvəllər Ukraynanın "Borisfen", "Dinamo" (Kiyev), "Metallurq" (Zaporijiya), "Dnepr" və Rusiyanın "Lokomotiv" (Moskva) klublarında çıхış edib. Ukrayna millisində keçirdiyi 28 oyunda 6 qol vuran 30 yaşlı hücumçu 2 dəfə ölkə çempionu olub, bir dəfə kuboku qazanıb.
Mənbə:> ANSPRESS