Əliyev "Anji"ni tərk edir
Ukraynada yaşayan və əslən azərbaycanlı olan yarımmüdafiəçi Aleksandr Əliyev bundan sonra Mahaçkalanın "Anji" klubunda oynamayacaq. Buna səbəb klub ilə futbolçu arasındakı müqavilənin pozulmasıdır.
ANS PRESS-in məlumatına görə, bu barədə kluba yaxın mənbə bildirib.
Məlumat verilib ki, futbolçu Aleksandr Əliyev və baş məşqçi Sergey Taşuyev qarşılıqlı razılığa gələ bilməyiblər və müqavilənin vaxtından əvvəl pozulması haqqında qərar qəbul ediblər.
Xatırladaq ki, A.Əliyev "Anji" klubuna 2014-cü ildə transfer olunub. O, bu müddətdə 15 oyunda yaşıl meydana çıxıb və 3 qol vurub.
Mənbə:> ANSPRESS