Messi hamıdan çox qazandı
“Barselona”nın hücumçusu Lionel Messi dünyada ən çox maaş alan futbolçuların France Football jurnalı tərəfindən tərtib edilmiş siyahısına başçılıq edir.
Oxu.Az xəbər verir ki, 2014-cü ildə argentinalı Madrid “Real”ının hücumçusu, 2013-cü ilin reytinqinin lideri Kriştianu Ronaldunu qabaqlayıb.
Messi 2014-cü ildə 65 milyon avro, Ronaldo isə 54 mln. avro qazanıb. Reytinqdə üçüncü yerdə braziliyalı Neymar qərarlaşıb – “Barselona”nın hücumçusu ötən il 36,5 mln. avro qazanıb.
Bundan başqa, France Football məşqçilərin gəlirlərini də hesablayıb.
Ötən il “Çelsi”nin məşqçisi Joze Mourinyo 18 mln. avro, “Real”ın çalışdırıcısı Karlo Ançelotti 15,5 mln. avro, “Bavariya”nın sükanı arxasında dayanan Xosep Qvardyola isə 15,2 mln. avro qazanıb.
Mənbə:> Oxu.Az