Zlatan İbrahimoviç ABŞ-da möhtəşəm debüt etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Futbol, Video

Zlatan İbrahimoviç ABŞ-da möhtəşəm debüt etdi – VİDEO

Zlatan İbrahimoviç ABŞ-da möhtəşəm debüt etdi

ABŞ-ın "Los Angeles Galaxy" komandası MLS-in 4-cü turunda "Los Angeles FC" üzərində qələbə qazanıb. Karson şəhərinin "StubHub Center" stadionunda keçirilən matç ev sahiblərinin 4:3 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçın birinci hissəsində qonaqların hücumçusu Karlos Vela dubl edib. Meydan sahiblərinin müdafiəçisi Deniel Stirsin 48-ci dəqiqədə avtoqolundan sonra qonaqların üstünlüyü üç topa çatıb.

"Galaxy" yarımmüdafiəçi Sebastyan Lletqetin 61-ci dəqiqədə vurduğu qolla hesab arasındakı fərqi azaldıb. İkinci hissənin ortalarında xavbek Kris Pontius fərqi minimuma endirib. Forvard Zlatan İbrahimoviç 77-ci dəqiqədə komandada keçirdiyi debüt oyununda baxımlı qolla hesabı 3-3 edib, artırma dəqiqələrində isə komandasına qələbə qazandıran topu vurub.

Dörd matçdan sonra "Galaxy" Qərb konfederasiyasının turnir cədvəlində ikinci pillədə qərarlaşıb, "Los Angeles" dördüncüdür.



Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *