Messi Moskvada DÇ-2018-in rəsmi topunu təqdim etdi
2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə Dünya Çempionatının (DÇ-2018) rəsmi topu Moskvada təqdim edilib.
Virtualaz.org RİA Novosti-yə istinadən bildirir ki, tədbirdə "Barselona" futbol komandasının hücumçusu Lionel Messi, "Real"ın baş məşqçisi Zinəddin Zidan, "Milan"ın və Braziliyanın keçmiş yarımmüdafiəçisi Kaka, "Yuventus"un və İtaliya yığmasının sabiq hücumçusu Alessandro Del Pyero, eləcə də "Real"ın və İspaniyanın keçmiş yarımmüdafiəçisi Xabi Alonso iştirak ediblər.
Almaniyanın "Adidas" şirkəti tərəfindən hazırlanan topun adı "Telstar 18"-dir. O yeni yanlış formanın altı panelindən ibarətdir və tikişsiz konstruksiyaya malikdir.
"Top mənim çox xoşuma gəlir, onun rəngləri də. Və mənim artıq onu yoxlamaq imkanım olub. Yaxşı topdur", - deyə Messi onu təqdim edərkən bildirib.
Xatırladaq ki, Rusiyada ilk dəfə keçiriləcək Dünya çempionatının oyunları iyunun 14-dən iyulun 15-dək Moskva, Sankt-Peterburq, Kazan, Nijni Novqorod, Samara, Volqoqrad, Yekaterinburq, Kalininqrad, Soçi, Rostov Don və Saransk şəhərlərində oynanılacaq.
Mənbə:> virtualaz.org