Qətər şeyxləri “DÇ-2018”-in biletlərinə 9 milyon dollar xərcləyiblər
Qətər şeyxləri 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının biletlərinə yarım milyard rubl (təxminən 9 milyon dollar) xərcləyiblər.
Oxu.Az-ın xəbərinə görə, bu barədə RT nəşri məlumat yayıb.
Şeyxlər “DÇ-2018”-də ən bahalı sayılan “böyük üçlük” bilet paketini əldə ediblər. Paketin qiyməti 1,4-2,8 milyon dollar arasında dəyişir. Paketə VIP-xidmət, açılış mərasimi, yarımfinal və final oyunları da daxil olmaqla, çempionatın 19 matçında ən yaxşı yerlər daxildir.
Qeyd edək ki, “DÇ-2018” iyunun 14-dən iyulun 15-ə qədər Rusiyanın 11 şəhərində 12 stadionda keçiriləcək.
Qətər isə 2022-ci ildə futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək.
Mənbə:> Oxu.Az