Ronaldonun dublu “Real”a qələbə qazandırdı
Çempionlar Liqasının 1/4 mərhələsinin ilk görüşləri keçirilib.
AzNews.info xəbər verir ki, Madridin “Real” klubu səfərdə Münhenin “Bavariya” komandasının qonağı olub. Matç qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 25-ci dəqiqədə meydan sahibləri açıblar. Arturo Vidal adını tabloya yazdırıb. Matçın 45-ci dəqiqəsində Vidal penalti zərbəsindən yararlana bilməyib.
İkinci hissəyə daha fəal başlayan “kral” klubu 47 və 77-ci dəqiqələrdə Ronaldonun qolları ilə oyunda geri dönüş edərək qələbə qazanıblar.
Qeyd edək ki, “Bavariya” 61-ci dəqiqədən etibarən meydançada 10 nəfərlə mübarizə aparıb. Xavi Martinez qırmızı vərəqə ilə cəzalandırılıb.
Günün sonuncu qarşılaşmasında Madridin digər təmsilçisi “Atletiko” klubu doğma meydanda İngiltərənin “Lester Siti” komandasını minamal hesabla məğlub edib. Yeganə qolu matçın 28-ci dəqiqəsində Qrizmann 11 metrlik cərimə zərbəsindən vurub.
Cavab qarşılaşmaları aprelin 18-də keçiriləcək.
Mənbə:> Oxu.Az