“Real Madrid” çempion
“Kral klubu” “Atletiko”nu penaltilər seriyasında üstələyib.
UEFA Çempionlar Liqasının finalında Madrid derbisində “Real” “Atletiko”ya qalib gəlib.
Oxu.Az xəbər verir ki, görüş mayın 28-də Milanın “San-Siro” stadionunda keçirilib.
Oyunun əsas vaxtı 1:1 hesablı bərabərliklə bitib.
“Real”ın müdafiəçisi Serxio Ramos matçın 15-ci dəqiqəsində hesabı açıb.
“Atletiko” cavab qolunu oyunun 79-cu dəqiqəsində vurub. Meydana sonradan daxil olan Farreyra-Karrasko fərqlənib.
Əlavə olunmuş vaxtda da qalib müəyyənləşməyib. Penaltilər seriyasında isə “Real” futbolçuları daha dəqiq olublar və 11-ci dəfə Çempionlar Liqasının kubokunu başları üzərinə qaldırıblar.
Mənbə:> Oxu.Az