“Barselona” Çempionlar Liqası ilə vidalaşdı » AzNews.info -Xəbər portalı

Bölmə: İdman » Futbol

“Barselona” Çempionlar Liqası ilə vidalaşdı

“Barselona” Çempionlar Liqası ilə vidalaşdı
Qrizmann dubla imza atıb.

Çempionlar Liqasının növbəti iki yarımfinalçısı məlum olub.

Oxu.Az xəbər verir ki, “Barselona” öz meydanında 1 top fərqi ilə üstələdiyi digər ispan təmsilçisi “Atletiko” ilə səfərdə qarşılaşıb.

Matç paytaxt təmsilçilərinin 2:0 hesablı qələbəsi ilə bitib. Antoan Qrizmannın 26 və 88-ci dəqiqələrdə vurduğu qollar “Atletiko”nu yarımfinala çıxarıb.

Digər 1/4 final qarşılaşmasında “Benfika” doğama meydanda “Bavariya” ilə bərabərliyə qalıb - 2:2.

İlk oyunda minimal hesabla qələbə qazanan almanlar yarımfinala yüksəliblər.

Beləliklə Çempionlar Liqasının 2015/2016 mövsümünün yarımfinalında “Real”, “Mançester Siti”, “Bavariya” və “Atletiko” mübarizə aparacaqlar.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *