“Neftçi” qələbə qazandı, “Qarabağ” liderliyə yüksəldi
Azərbaycan Premyer Liqasında XXII tura yekun vurulub.
Oxu.Az xəbər verir ki, ikinci oyun gününün ilk qarşılaşmasında sonuncu çempion meydana çıxıb.
Ağdamın “Qarabağ” klubu doğma meydanda autsayder AZAL-ı minimal hesabla məğlub edib - 1:0. Oyunda yeganə qolu 68-ci dəqiqədə Dino Ndlovu vurub.
Günün ikinci qarşılaşmasında “Qəbələ” klubu səfərdə “Neftçi”yə eyni hesabla uduzub. Namiq Ələsgərov matçın 39-cu dəqiqəsində adını tabloya yazdıraraq komandasına qələbə qazandırıb.
Bu nəticələrdən sonra “Qarabağ” komandası xallarının sayını 48-ə çatdıraraq turnir cədvəlində liderliyə yüksəlib. “Qəbələ” klubu 46 xalla ikinci, “İnter” isə 39 xalla üçüncüdür.
Mənbə:> Oxu.Az