Joze Mourinyo özünü bir nömrəli xəyanətkar hesab edir – VİDEO
Joze Mourinyo İngiltərə kubokunun dörddə bir final matçında “Çelsi” azarkeşləri ilə mübahisəsini şərh edib.
Xatırladaq ki, birinci hissənin ortasından etibarən meydanda futbolçularının sayı azlıq təşkil edən “MY” 0:1 hesabı ilə “Çelsi”yə uduzub. Matç zamanı Joze Mourinyonun Antonio Konti, eləcə də daha öncə (2004-2007, 2013-2015 illərdə) rəhbərlik etdiyi London klubunun azarkeşləri ilə mübahisəsi düşüb.
Matçdan sonra konfrans zamanı Mourinyo azarkeşlərlə danışarkən öz jestlərini belə izah edib.
“Onlar məni satqın adlandırırlar? Qoy olsun. Mən xəyanətkar olmağa hazıram. Mən onlara “Çelsi” ilə qazandığım titulları göstərdim. Üç mükafat. Ona görə də londonlular ilə dörd mükafat qazanan məşqçi olduqdan sonra mən bir nömrəli xəyanətkar olacağam”.
Mənbə:> Oxu.Az