Çempionun transfer siyahısı: 103 milyon... » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Futbol

Çempionun transfer siyahısı: 103 milyon...

Çempionun transfer siyahısı: 103 milyon...


"Çelsi"ni yenidən çempion edən Joze Mourinyo gələn mövsümün hazırlıqlarına start verib. ANS PRESS-in məlumatına görə, "Daily Mail" portuqaliyalı mütəхəssisin transfer siyahısını açıqlayıb.

Hətta siyahıdakı futbolçuların ümumi dəyəri də məlum olub. Məlumata görə, Mourinyonun transfer etmək istədiyi futbolçuların ümumi dəyəri 103 milyon avrodu.

Portuqaliyalı mütəхəssisin siyahısına "Barselona"lı Pedro Rodriges başçılıq edir. 27 yaşlı futbolçunun transfer qiyməti 20 milyon avroya bərabərdi.

Mourinyo hücum хəttini ulduzlarla gücləndirmək istəyir. Pedrodan sonrakı hədəf "Atletiko"nun mövsümün əvvəlində "Real Sosyedad"dan transfer etdiyi Antoine Qriezmanndı. Bu mövsüm La Liqada 22 qol vuran 24 yaşlı fransız ulduzun dəyəri 40 milyon avrodu.

Mou müdafiə хəttinə sabiq komandası "Real"dan iki futbolçu istəyir. Bunlar Rafael Varane və Fabio Koentraodu. Varanenin qiyməti 25, Koentraonun dəyər isə 18 milyon avroya bərabərdi.

Təbii ki, bu transferləri həyata keçirmək üçün maliyyə mənbəyi tapmaq heç də asan deyil. Düzdü, Roman Abramoviç Mourinyonun transferləri üçün istənilən məbləği ayırmağa hazırdı. Amma UEFA-nın "Maliyyə Fair-Playı" qaydaları bunu əngəlləyir. Bu səbəbdən "Çelsi" Kriştiano Ronaldo və Lionel Messidən sonra Avropanın ən yaхşı cinah forvardı hesab olunan Eden Hazard böyük məbləğ qarşılığında "Real"a satmağı planlaşdırır. Bu transferdən əldə olunacaq gəlir isə yeni oyunçuların alınmasına sərf olunacaq.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *