“Çelsi” Dieqo Kosta ilə bağlı qərarını verdi
"Çelsi” rəhbərliyi komandadan ayrılacağı deyilən Dieqo Kosta ilə bağlı qərarını verib.
ANS PRESS-in məlumatına görə, "zadəganlar” əslən braziliyalı olan ispan futbolçu ilə əməkdaşlığa davam etməyi məqsədəuyğun sayıblar.
Son vaxtlar məhsuldarlığı aşağı düşən Kostanın Londonu tərk edəcəyi haqda məlumatlar yayılmışdı. Lakin "Çelsi”nin baş məşqçisi Joze Mourinyo rəhbərliklə söhbətində 27 yaşlı hücumçunun qalmasını istədiyini bildirib. O, Kostanın "Çelsi”nin əsas oyunçularından biri olduğunu, onun növbəti mövsümdə "zadəganlar”a daha çox xeyir verəcəyini vurğulayıb.
Qeyd edək ki, "Çelsi”yə ötən il "Atletiko”dan transfer olunan Kosta London klubunda 34 oyunda 21 qol vurub.
Mənbə:> ANSPRESS