Super Liqada darmadağınlı finiş: Avrokuboklara və liqadan gedənlər » AzNews.info -Xəbər portalı

Bölmə: İdman » Futbol

Super Liqada darmadağınlı finiş: Avrokuboklara və liqadan gedənlər

Super Liqada darmadağınlı finiş: Avrokuboklara və liqadan gedənlər


"Qalatasaray" 6 cavabsız top vurdu

Türkiyə Super Liqasında 2015/16 mövsümünə yekun vurulub. ANS PRESS-in məlumatına görə, bu gün son turun qalan oyunları keçirilib.
"Qalatasaray" son həftədə "Kayserispor"u 6:0 hesablı ilə yenib. "Trabzonspor" eyni hesabla "Kasımpaşa"ya uduzub. Gümüşmedalları qazanan "Fənərbaxça" "Sivasspor"la sülh bağlayıb - 2:2. "Qaziantepspor" "Antalyaspor"u 2:0,"Gənclərbirliyi" "Eskişəhərspor"u 3:1, "Osmanlıspor" "Akhisar Bələdiyyəspor"u 1:0 hesabı ilə yenib.

Turun 3 oyunu dünən keçirilib. Çempion "Beşiktaş" "Konyaspor"a 1:2, "Mersin İdman Yurdu" "Bursaspor"a 2:5, "Saykur Rizəspor" "Başakşəhər"ə 0:1 hesabı ilə uduzub.

Mövsümün yekunlarına əsasən çempion "Beşiktaş" Çempionlar Liqasının qrup, ikinci pillənin sahibi "Fənərbaxça" III təsnifat mərhələsinə vəsiqə qazanıb. Bürünc mükafatçı "Konyaspor" Avropa Liqasının qrup, 4-cü pillənin sahibi "Başakşəhər" III, 5-ci pilləni tutan "Osmanlıspor" II təsnifat mərhələsinə bilet əldə edib.

"Sivasspor", "Eskişəhərspor" və "Mersin İdman Yurdu" PTT 1-ci liqaya düşüb. "Adanaspor" Super Liqaya vəsiqə qazanıb. Digər iki komandanın adına pley-off mərhələsində aydınlıq gələcək.
Super Liqada darmadağınlı finiş: Avrokuboklara və liqadan gedənlər

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *