Qalatasaray yenə qələbə qazana bilmədi, Fənər isə liderliyi ələ keçirdi » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Futbol

Qalatasaray yenə qələbə qazana bilmədi, Fənər isə liderliyi ələ keçirdi

Qalatasaray yenə qələbə qazana bilmədi, Fənər isə liderliyi ələ keçirdi


Türkiyə Super Ligində 12. həftənin oyunları keçirilib.

AzNews.info xəbər verir ki, doğma meydanda Antalyasporu qəbul edən Qalatasaray 3 dəfə hesabda irəli çıxsa da, hər 3 dəfə Antalyaspor bərabərliyi təmin edə bilib. Beləliklə Qalatasaray 3 - 3 Antalyaspor.

Qollar: Yasin Oztekin, Lukas Podolski, Selcuk Inan (Qalatasaray) - Sezer Badur, (pen.) Samuel Eto'o, Mbilla Etame (Antalyaspor)

Qalatasarayın əsas rəqiblərindən olan Akhisar Bələdiyyəspor doğma arenada Bursasporu qəbul edib. Bursaspor üzərində 3-1 hesablı inamlı qələbə qazanan Akhisar xalını 22-yə çatdıraraq Qalatasaryla birgə 3 və 4-cü yerləri bölüşürlər.

Qollar: Hugo Rodallega (40. / 57.), Bruno Mezenga (Akhisar) - Balazs Dzsudzsak (Bursaspor)

Birincilik uğrunda mübarizə aparan Fənərbaxça isə səfərdə Mersinə 1-3 hesabı ilə qalib gələrək turnir cədvəlində 1. pilləyə yüksəlib. Fənərbaxçanın bu pillədə qalıb-qalmayacağı sabah Beşiktaş - Sivaspor matçının nəticəsindən asılı olacaq.

Qollar: Prejuce Nakoulma (Mersin) - Hasan Ali Kaldirim, Nani, Robin van Persie (Fənərbaxça)

Turun digər qarşılaşması isə Kayseridə baş tutub. Kasımpaşanı qəbul edən Kayserinin qələbə cəhdləri boşa çıxıb. Oyun qolsuz bərabərliklə başa çatıb.

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *