“Traktorsazi” mövsümü başa vurdu
Azərbaycanın fəxri yerini qoruyub.
İran çempionatında 2015/2016 mövsümünə yekun vurulub. ANS PRESS-in məlumatına görə, Təbrizin “Traktor Sazi” klubu çempionatı 4-cü pillədə başa vurub.
Mövsümün sonuncu – 30-cu turunda Ahvaz “Esteqlal”ını qəbul edən təbrizlilər 5:0 hesabı ilə qalib gəlib. Xalını 51-ə yüksəldən “Traktor Sazi” 4-cü pillədəki yerini qoruyub. Kuzestan “Esteqlal”ı isə İran çempionu olub.
"Traktorsazi" iki dəfə (2011/12, 2012/13) gümüş medalları qazanıb. 2008/09 mövsümündə Azadegan Liqanın (I divizion) qalibi olan Təbriz klubu 2013/14 mövsümündə ölkə kubokuna sahib çıхıb.
Aprelin 19-da Azərbaycanın fəxri "Traktorsazi" Asiya Çempionlar Liqasının qrup mərhələsində növbəti oyununu keçirib. Təbriz klubu səfərdə Səudiyyə Ərəbistanının "Əl Hilal" klubuyla qarşılaşıb. Səfərdə 2:0 hesabıyla qalib gələn Təbriz təmsilçisi sona bir tur qalmış qrup liderliyini təmin edib. Bununla da, komanda tarixində ilk dəfə Çempionlar Liqasının 1/8 final mərhələsinə vəsiqə qazanıb. Komandamızın hesabında 12 xal var.
Mənbə:> ANSPRESS