ŞOK: "Traktorsazi" aldadılaraq uduzub » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Futbol, Video

ŞOK: "Traktorsazi" aldadılaraq uduzub – VİDEO+FOTO

ŞOK: "Traktorsazi" aldadılaraq uduzub

Futbol üzrə İran çempionatının final matçının son dəqiqələrində "Traktorsazi" komandasına verilən yalan məlumat nəticəsində komanda strategiyasını dəyişib və buna görə də uduzub.

ANS PRESS-in məlumatına görə, futbol tarixində görülməmiş yalan barədə İran xəbər agentlikləri məlumat yayıblar.
Belə ki, İSNA xəbər agentliyi və İran televiziyasının yaydığı məlumatda deyilir ki, oyunun son dəqiqələrində "Traktorsazi" komandasına verilən yalan məlumat nəticəsində Təbriz komandası özünü çempion hesab edərək matçı sadəcə başa çatdırmağa çalışıb və son tur ərəfəsində turnir cədvəlinə başçılıq edən "Tarktorsazi" ilə Tehranın "Neft" klubunun oyunu 3-3 hesabı ilə başa çatıb.

"Traktorsazi"yə verilən yalan məlumat isə eyni anda keçirilən "Saypa" və "Sepahan" komandaları arasındakı matçın nəticəsi ilə bağlı olub. “Saypa”nı 2-0 hesabı ilə məğlub edən “Sepahan” İran çempionu olub. Halbuki federasiya məsulları "Traktorsazi" məşqçilərinə Sepahan-Saypa oyununun heç-heçə sonlandığını bildiriblər.

“Belə bir hadisə bəlkə dünyanın heç yerində olmayıb, amma İran futbolunda olub. Oyunun sonunda "Traktorsazi" komandası və tərəfdarlarına deyilib ki, Saypa-Sepahan oyunu bərabər nəticə ilə sona çatıb və Traktorsazi çempiondur. Güya, bu yanlış məlumat stadionda təhlükəsizliyi qorumaq üçün verilib. Amma, deyilənlərə görə, Traktorsazinin baş məşqçisi Antonio Oliveyra komandasının çempion olduğunu düşündüyü üçün oyunçulardan geri çəkilib sadəcə nəticəni qorumağa çalışmalarını istəyib”- deyə İran Televeziyasına bağlı olan 90TV saytı yazır. İSNA-nın məlumatına görə, hətta “matçın son dəqiqələrində Təbriz stadionunda bütün internet, TV, radio və hətta mobil telefon əlaqələri kəsilib”.

90TV saytının yazdığına görə, aldadıldıqlarını öyrənən "Traktorsazi" tərəfdarları qəzəblənib, azarkeşlər və polis arasında qarşıdurma baş verib. Yayılan məlumata görə, qarşıdurmalar nəticəsində bir neçə nəfər yaralanıb.

Traktorsazi-Neft matçında 67-ci dəqiqəyədək 3:1 hesabı ilə öndə olan "Traktorsazi"nin hücumçusu Andranik Teymuryanın meydandan qovulmasından sonra son 77-81-ci dəqiqələrdə iki qol vurulub və oyun 3-3 hesabı ilə bitib.


ŞOK: "Traktorsazi" aldadılaraq uduzub
ŞOK: "Traktorsazi" aldadılaraq uduzub



Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *