Braziliyalı futbolçudan Azərbaycan mesajı – FOTO
Təbrizin "Traktor Sazi" klubunun braziliyalı futbolçusu Edinyo komandasının heyətində qol vurduqdan sonra alqışlanası bir hərəkətlə yadda qalıb.
ANS PRESS-in məlumatına görə, 33 yaşlı futbolçu formasının altında qeyd olunan "Yaşasın Azərbaycan" şüarını göstərməklə diqqət mərkəzinə düşüb.
"Traktor Sazi" klubu ötən gün İran çempionatında növbəti matçına çıxıb. Təbriz təmsilçisi 22-ci tur çərçivəsində "Persepolis" klubunu qəbul edib. Matçın taleyini bir qol həll edib. Shahin Saghebinin matçın 62-ci dəqiqəsində vurduğu qol "Traktor Sazi" yə qələbə qazandırıb - 1:0.
Qeyd edək ki, "Traktor Sazi" 22 turdan sonra 41 xalla turnir cədvəlinin 2-cı pilləsində qərarlaşıb.
Mənbə:> ANSPRESS