Azərbaycan üçün "AVRO-2016" bitdi
17 yaşadək futbolçular arasında Avropa çempionatı davam edir. ANS PRESS-in məlumatına görə, bu gün qrup mərhələsində son tura start verilib.
Milli komandamız sonuncu pillədə qərarlaşmış Şotlandiyanı sınağa çəkib. İlk oyunda Portuqaliya qarşısında darmadağın olan (0:5), daha sonra isə Belçika yığması ilə qollu bərabərliyə (1:1) razılaşan millimiz bu oyunadək şanslarını saxlayırdı.
Bunun üçün möcüzə gerçəkləşməli idi. Təbriz Həsənovun yetirmələri Şotlandiyanı ən az 5:0 hesabı ilə məğlub etməli, Portuqaliya isə Belçikanın qapısından ən az 3 cavabsız qol keçirməli idi.
Lakin bu baş verməyib. Yığmamız Fərid Nəbiyevin 79-cu dəqiqədə vurduğu qolla qələbə qazanıb. Portuqaliya isə Belçika ilə "sülh"ə razılaşıb - 0:0. Bununla da 4 xal toplayan millimiz üçüncü pilləni tutaran Avropa çempionatındakı çıxışını erkən başa vurub.
AVRO-2016 (U-17)
Qrup mərhələsi
III tur, 11 may
A qrupu
Şotlandiya - Azərbaycan 0:1
Qol: Fərid Nəbiyev, 79.
Qırmızı vərəqə: Fraser Hornbi, 80+4 (Belçika).
Hakimlər: Sveyn Erik Edvartsen (Norveç), Georgi Todorov (Bolqarıstan), Marios Dimitriadis (Cənubi Kipr), Sergeyus Sliva (Litva).
Hakim-inspektor: Mark Batta (Fransa).
8-ci km qəsəbə stadionu.
Portuqaliya - Belçika 0:0
Hakimlər: Ville Nevalaynen (Finlandiya), Neeme Neemlayd (Estoniya), Endryu Kristiansen (Farer adaları), Orxan Məmmədov (Azərbaycan).
Hakim-inspektor: Vladimir Abtonov (Moldova).
“Dalğa Arena”.
Mənbə:> ANSPRESS