Millimiz Rusiyanı darmadağın etdi » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Futbol

Millimiz Rusiyanı darmadağın etdi

Millimiz Rusiyanı darmadağın etdi


21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası AVRO-2017-nin seçmə qrup mərhələsində ilin son oyununu keçirib. Sportnet.az-ın məlumatına görə, Yaşar Vahabzadənin rəhbərlik etdiyi komanda Rusiya yığması ilə üz-üzə gəlib.

Bayıl stadionunda keçirilmiş qarşılaşma millimizin böyük hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində Kerim Benke "dubl" edib. Oyunda son nöqtəni isə penaltidən Elşən Abdullayev qoyub.

Bu, 7-ci qrupda çıxış edən Azərbaycan millisinin ikinci qələbəsi olub. Bunadək komandamız yalnız Farer adalarını minimal hesabla məğlub etməyi bacarmışdı. Bu qələbə sayəsində millimiz xallarını 6-ya çatdıraraq, 4-cü pilləyə yüksəlib. Rusiya isə 3 xalla 5-ci pillədə qalıb.

17:00. Azərbaycan U-21 - Rusiya U-21 - 3:0
Qollar: Kerem Behnke, 11; 39. Elşən Abdullayev, 69-penalti ilə
Azərbaycan: 1. Şahrudin Maqomedaliyev, 2. Rahil Məmmədov, 4. Adil Nağıyev, 5. Sadiq Quliyev, 19. Məqsəd İsayev, 20. Azər Salahlı (k), 7. Taşkın İlter, 8. Elşən Abdullayev, 16. Elvin Camalov, 11. Kerem Behnke, 10. Elnur Cəfərov
Ehtiyat oyunçular: 22. Tərlan Əhmədli, 15. Cəmil Hacıyev, 17. Abbas Hüseynov, 9. Fəhmin Muradbəyli, 18. Fuad Bayramov, 14. Nicat Muxtarov

Rusiya: 1. Anton Mitryuşkin, 2. Vyaçeslav Karavayev, 3. Nikita Çernov, 4. Camaldin Xodzaniyazov, 19. Sergey Makarov, 6. Dmitri Barinov, 8. Aleksandr Qolovin, 10. Aleksey Mirançuk, 11. Aleksandr Taşayev, 17. Yevgeni Kirişov, 9. Ramil Şeydayev
Ehtiyat oyunçular: 22. İqor Obukov, 15. Aleksandr Klesçenko, 7. Aleksey Qasilin, 18. İqor Konovalov, 21. Konstantin Saviçyev, 20. Andrey Panyukov
Baş hakim: Eytan Şmuelevits
Yan xətt hakimləri: Nissan Davidi, Roy Hassan
Dördüncü hakim: Ziv Adler (hamısı İsrail)
Bakı. Bayıl stadionu

Qeyd edək ki, 21 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsi 2017-ci ildə Polşada keçiriləcək.

Mənbə: Sportnet.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *