"Qarabağ" və "Qəbələ"də ilklər » AzNews.info -Xəbər portalı

Bölmə: İdman » Futbol

"Qarabağ" və "Qəbələ"də ilklər

"Qarabağ" və "Qəbələ"də ilklər


Topaz Premyer Liqasında III turun oyunları davam etdirilib.

ANS PRESS-in məlumatına görə, ikinci oyun günəndə 3 qarşılaşma baş tutub.

Günün ilk oyununda "Neftçi" "Sumqayıt"ı qəbul edib. Hesabı 51-ci dəqiqədə Araz Abdullayev açıb. 2 dəqiqə sonra Rəhman Hacıyev fərqi iki topa çatdırıb. 77-ci dədiqədə isə Nuran Qurbanov "Sumqayıt"ın təsəlli qoluna imza atıb. Bununla da "Neftçi" cari mövsümdə ilk qələbəsini qazanıb, "Sumqayıt" ilk məğlubiyyətini alıb. "Ağ-qaralar" ilk iki turda "Kəpəz"lə "sülh" bağlayıb (0:0), "İnter"ə uduzmuşdu (0:1). "Sumqayıt" isə "Rəvan" (0:0) və "Xəzər Lənkəran"la (1:1) oyunlardan bir хalla ayrılmışdı.

Son mövsümün bürünc mükafatçısı "Qəbələ" "Kəpəz"i qəbul edib. Bir qolun vurluduğu oyunda meydan sahibləri qələbə qazanıb. Matçın yeganə qolua 6-cı dəqiqədə Ermin Zets imza atıb. Bosniyalı futbolçu bununla da "Qəbələ"də qol hesabını açıb.

Son çempion "Qarabağ" isə AZAL-ın qonağı olubş. Ağdam klubu 2:0 hesablı qələbə qazanıb. Hesabı 44-cü dəqiqədə Mahir Mədətov açıb. "Bakı"dan transfer olunan futbolçu "Qarabağ"ın heyıtində ilk qolunu vurub. 65-ci dəqiqədə isə Dani Quintana "Qarabağ"ın ikinci qolunu vurub - 2:0. İspan futbolçu da ağdamlıların heyətində ilk qoluna imza atıb. İlk turda "Qəbələ" ilə "sülh" (2:2) bağlayan "Qarabağ" ardınca "Rəvan"a qalib gəlmişdi (2:1). AZAL isə "Zirə" (0:1) və "Qəbələ"yə (0:2) boyun əymişdi.

"Qəbələ" ilk iki turda 4 хal qazanıbsa ("Qarabağ" 2:2, AZAL 2:0), "Kəpəz" iki хalla kifayətlənib ("Neftçi" 0:0, "Zirə" 1:1). "Qəbələ" ilk iki turda 4 хal qazanıbmışdısa ("Qarabağ" 2:2, AZAL 2:0), "Kəpəz" iki хalla kifayətlənmişdi ("Neftçi" 0:0, "Zirə" 1:1).

Qeyd edək ki, turun ilk oyunu dünən keçirilib və "Xəzər Lənkəran" "Kəpəz"lə "sülh" bağlayıb (1:1). Tura sabah keçiriləcək "Zirə" - "İnter" oyunu ilə yekun vurulacaq.

Premyer Liqa
2015/16 mövsümü
I dövrə, III tur

23 avqust
Neftçi - Sumqayıt 2:1
Qollar: Araz Abdullayev, 51. Rəhman Hacıyev, 53 - Nuran Qurbanov, 77.
Neftçi: 1. Aqil Məmmədov, 4. Rahil Məmmədov, 6. Aylton, 7. Araz Abdullayev (k), 8. Elşən Abdullayev, 11. Ruslan Qurbanov, 14. Məhəmməd Qurbanov, 15. Erik Ramos, 17. Rəhman Hacıyev, 18. Kaue da Silva, 27. Məqsəd İsayev.
Ehtiyat oyunçular: 24. Miçal Peskoviç,`16. Əziz Quliyev, 19. Fəhmin Muradbəyli, 21. Samir Məsimov, 26. Kamal Qurbanov, 32. Orxan Bəşirov, 95. Elvin Bədəlov.
Baş məşqçi: Samir Əliyev.
Sumqayıt: 1. Şahruddin Məhəmmədəliyev, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov (k), 5. Cəmil Hacıyev, 7. Pərdis Fərcad-Azad, 10. Uğur Pamuk, 13. Murad Ağayev, 14. Bəxtiyar Həsənalızadə, 18. Aleksandr Çertoqanov, 22. Tofiq Mikayılov, 39. Emin Mehdiyev.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 6. Mikayıl Rəhimov, 8. Nuran Qurbanov, 15. Nodar Məmmədov, 16. Elnur Abdulov, 24. Amit Quluzadə, 97. Xəyal Nəcəfov.
Baş məşqçi: Aqil Məmmədov.
Hakimlər: Ramil Diniyev, Elman Musayev, Vüsal Qənbərov, Yaşar Abbasov.
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rəhim Həsənov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
"Bakcell Arena". Saat 18.15.

Qəbələ - Kəpəz 1:0
Qol: Ermin Zets, 6.
Qəbələ: 22. Dmitri Bezatosnı, 4. Elvin Camalov, 7. Ermin Zets, 8. Məhəmməd Mirzəbəyov, 11. Asif Məmmədov, 15. Vitali Vernudub, 19. Aleksey Qay, 34. Ürfan Abbasov (k), 44. Rafael Santos, 66. Samir Zərgərov, 69. Aleksey Antonov.
Ehtiyat oyunçular: 1. Andrey Popoviç, 3. Vojislav Stankoviç, 5. Georgi Floresku, 9. Sergey Zenyov, 10. Dodo, 17. Qismət Alıyev, 21. Arif Daşdəmirov.
Baş məşqçi: Roman Qriqorçuk.
Kəpəz: 88. Tadas Simaitis, 3. Tərlan Quliyev, 5. Kərim Diniyev, 7. Juninyo, 8. Budaq Nəsirov, 10. Federiko da Silva, 13. Şəhriyar Rəhimov, 18. Tural Axundov (k), 19. Aleksandr Sitnik, 25. Şəhriyar Əliyev, 80. Tural Rzayev.
Ehtiyat oyunçular: 1. Eyyub Əliyev, 4. Elvin Cəbrayıllı, 6. Ceyhun Cavadov, 9. Murad Ağakişiyev, 15. Azad Kərimov, 23. Tural Nərimanov, 27. Bəxtiyar Soltanov.
Baş məşqçi: Şahin Diniyev.
Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Rəvan Həmzəzadə.
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Kərim Ağayev.
Qəbələ şəhər stadionu. Saat 21.00.

AZAL - Qarabağ 0:2
Qollar: Mahir Mədətov, 44. Dani Quintana, 65.
AZAL: 16. Stanislav Namaşko, 2. Rail Məlikov, 3. Tural Hümbətov, 4. Qvanzan Maqomedov, 6. Tagim Novruzov, 7. Tərlan Xəlilov, 8. Seymur Əsədov (k), 9. Aydın Qasımov, 10. Nuqzar Kvirtiya, 21. Murad Səttarlı, 24. Emin Cəfərquliyev.
Ehtiyat oyunçular: 95. Polad Mirzəzadə, 14. İlqar Ələkbərov, 15. Rüfət Musayev, 17. Elmin Çobanov, 19. Məhəmməd Bədəlbəyli, 20. İsmayıl İbrahimli, 28. Müşfiq Teymurov.
Baş məşqçi: Tərlan Əhmədov.
Qarabağ: 13. İbrahim Şehiç, 4. Eltun Yaqublu, 6. Vüqar Mustafayev, 7. Namiq Yusifov (k), 11. Elvin Məmmədov, 19. Azər Salahlı, 22. Əfran İsmayılov, 29. Raydell Pupon, 32. Elvin Yunuszadə, 91. Coşqun Diniyev, 97. Mahir Mədətov.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 2. Qara Qarayev, 10. Dani Quintana, 18. İlqar Qurbanov, 33. Elton Turabov, 77. Cavid Tağıyev.
Baş məşqçi: Qurban Qurbanov.
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Cavanşir Yusifov, Etibar Həsənov.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
"Dalğa Arena". Saat 21.00.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *