Prosineçkini Xorvatiya yığmasına dəvət edirlər
Azərbaycanın futbol üzrə yığmasının baş məşqçisi Robert Prosineçki Xorvatiya yığmasının baş məşqçisi vəzifəsinə əsas namizədlərdən biridir.
Oxu.Az xəbər verir ki, xorvatlar dünən bu postdan Niko Kovaçı çıxarıblar, səbəb isə onun aparıcı oyunçular ilə arasındakı narazıçılıqlar olub, məhz bu narazıçılıqlar komandanın oyununun nəticələrində öz əksini tapır. Xorvatiya Bakıda 0:0 hesabı ilə oynayıb, Osloda isə 0:2 hesabı ilə uduzub.
Robert Prosineçki artıq Azərbaycan yığmasını tərk etməyə hazırlaşmadığını bəyan edib.
“Təklif üçün təşəkkür edirəm, amma mən Azərbaycandan getməyi düşünmürəm. Mən cəmi səkkiz aydır ki, buradayam və mənim qüvvədə olan müqaviləm var. Mən hər şeydən razıyam. Düşünürəm ki, Azərbaycanda bizim işimizdən razıdırlar. Biz dörd oyun keçirmişik, komanda böyüyür, biz daha yaxşı oynayırıq”.
Mənbə:> Oxu.az