Kovaç Azərbaycanla oyun barədə: Qələbə bizimlə olacaq
Xorvatiya yığmasının baş məşqçisi Niko Kovaç Avropa Çempionatı-2016-nın seçmə turunda Azərbaycana qarşı oyun barədə fikirlərini bölüşüb.
“Heç kim bizə heç nəyi elə-belə verməyəcək. Biz yaxşı nəticə əldə etmək üçün ciddi səy göstərməliyik. Mən inkişafımızdan razıyam, amma biz hələ işimizi sona çatdırmamışıq.
Azərbaycan futbol yığmasının məşqçisi Robert Prosineçki komandaya yeni oyun üslubunu aşılayıb. Ev sahiblərində yerli azarkeşlər də əminlik yaratmalıdırlar. Mən yenə də öz yetirmələrimə inanıram”, - Kovaçın sözlərini UEFA saytı sitat gətirir.
Xatırladaq ki, Avropa Çempionatı-2016-nın Azərbaycan və Xorvatiya arasında təsnifat matçı cümə axşamı sentyabrın 3-də keçiriləcək.
Mənbə:> Oxu.Az