Pavel Paşayev Azərbaycan yığmasının heyətində
Azərbaycanın futbol üzrə yığması Avropa çempionatı-2016-nın seçmə matçlarına hazırlığa başlayıb.
Oxu.Az football.sport.ua-ya istinadən xəbər verir ki, komandanın məşqçisi Robert Prosineçki təlim məşqlərinə Zaporojetsin “Metallurq” kulubunun müdafiəçisi Pavel Paşayevi də cəlb edib.
Artıq sabah “Metallurq”çu Azərbaycan yığmasının tərkibində debüt edə bilər – sentyabrın 3-də azərbaycanlılar xorvatlarla görüşəcəklər. Sentyabrın 6-da isə Malta komandası ilə xaricdə oynayacaq.
Xatırladaq ki, Azərbaycan yığmasında çıxış etmək üçün izni Pavel Paşayev FİFA-dan cari ilin mayında alıb. İyunun 7-də müdafiəçi ilk dəfə Serbiya yığması ilə yoldaşlıq görüşündə oynamaq üçün, 12 iyunda isə Avropa çempionatı-2016-nın Norveç yığmasına qarşı oyunu üçün Azərbaycan yığmasından sifarişinə daxil edilib. Amma Azərbaycan yığmasının tərkibində Paşayev debüt edə bilməyib, hər iki oyunu ehtiyat skamyasında keçirib.
Mənbə:> Oxu.Az