Xorvatiya azarkeşlərinə Azərbaycana gəlmək qadağan edildi
Xorvatiya futbol İttifaqı Avropa Çempionatı -2016 seçmə turu çərçivəsində komandalarının matçlarına qonaq sektoru üçün biletlərin satılmayacağına qərar verib.
Oxu.Az “Sovetski sport”a istinadən xəbər verir ki, bu qərar yığmanı UEFA-nın tətbiq edəcəyi hər hansı bir sanksiyadan qorunmaq üçün verilib.
Bu barədə İttifaqın rəsmi saytında bildirilib.
Xorvatiyanın yığması seçmə mərhələsində xaricdə üç: sentyabrın 3-də Azərbaycan ilə, sentyabrın 6-da Norveç ilə və oktyabrın 13-də Malta ilə oyun keçirməlidir.
Xatırladaq ki, daha öncə Xorvatiya futbol ittifaqı itlayanlarla Splitdə oyun zamanı stadiounun qazonunda svastikanın peyda olmasına görə, ev sahibliyi etdiyi iki matçı tamaşaçısız keçirmək və Avropa Çempionatı-2016 təsnifatında milli yığmanın 1 xalı silinməklə cəzalandırılmışdı.
Mənbə:> Oxu.Az