Prosineçki: Ulduz futbolçular belə səhv edirlər » AzNews.info -Xəbər portalı

Bölmə: İdman » Futbol

Prosineçki: Ulduz futbolçular belə səhv edirlər

Prosineçki: Ulduz futbolçular belə səhv edirlər


Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki Malta (2:2) ilə matçdan sonra öz təəssüratlarını bölüşüb.

“Bu gün çox isti idi. Mən öz komandamızı təbrik edirəm. Bu gün Azərbaycan yığması mənim rəhbərliyim altında özünün ən yaxşı futbolunu nümayiş etdirdi. Futbolçular yaxşı oyun göstərdilər. Bütün matç boyu hücum ediblər. Rəqiblər qapıya iki dəfə zərbə endirərək qol vurdular. Biz daha çox zərbə endirdik. Əlbəttə ki, futbolda səhvlər də olur.

Mən AFFA prezidenti ilə razıyam ki, biz bu gün 2 xal itirdik. Amma yaxşı oynadıq.

Ulduz futbolçular belə səhv edirlər. Elə matçlar olur ki, rəqib bağışlayır. Bu gün Malta bağışlamadı.

Ruslan Qurbanovun pis oynaması ilə razı deyiləm. Mən ondan razıyam. O, böyük iş gördü. Yaxşı məqam yaranmışdı, amma qolkiper inanılmaz sey etdi. Futbolçular bu istidə bütün güclərini səfərbər etmişdilər”- AzNews.info Sportbox.az-a istinadən baş məşqçinin sözlərindən sitat gətirib.

Mənbə: Sportbox.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *