"Old Trafford"u siçanlar basıb
“Mançester Yunayted” futbol klubunun “Old Trafford” stadionu sanitar yoxlamanın yekunları üzrə yüksək qiymət ala bilməyib.
ANS PRESS-in məlumatına görə, buna səbəb meydanda və tribunaların altındakı məkanlarda xeyli sayda siçanların aşkar edilməsi olub. Yoxlamalar zamanı arena ərazisindəki restoranların işindən də narazı qalınıb. Məhsulların saxlanılma normalarının pozulması müəyyən edilib. Siçanların qurduğu yuvaların bəzisindən hətta “Old Trafford”un yaşıl meydanına da yol var. Buna görə də komissiya stadiona 5 ballıq qiymətləndirməyə əsasən 4 bal verib. İngiltərə Premyer Liiqasında çıxış edən klublardan yalnız ikisinin - “Mançester Yunayted” və “Uotford”un stadionu belə aşağı qiymətə layiq görülüb.
“Old Trafford” stadionu
2006-cı ildə “Mançester Yunayted” “Berton Albion” ilə İngiltərə Kubokunda qarşılaşarkən qonaq futbolçuların bəziləri meydanda gəmiricilərin olmasından şikayətlənmişdilər. 4 ildən sonra “qırmızı şeytanlar” “Vest Hem”i qəbul edərkən siçan fotokameranın obyektivinə düşmüşdü. Stadionun Şimal və Cənub tribunalarını və arenanın ofis yerlərinə “gəmiricilər” basqın edib. Hazırda stadion əməkdaşları sanitar xidmətlərindən istifadə edir.
“Mançester Yunayted” belə analoji problemlərlə 2006, 2010 və 2012-ci illərdə üzləşib.
Mənbə:> ANSPRESS