"Fənərbaхça" Van Persinin maaşını açıqladı » AzNews.info -Xəbər portalı

Bölmə: İdman » Futbol

"Fənərbaхça" Van Persinin maaşını açıqladı – FOTO

"Fənərbaхça" Van Persinin maaşını açıqladı


"Fənərbaхça" Robin van Persinin transferini rəsmiləşdirib. ANS PRESS-in məlumatına görə, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, van Persi ilə 3 illik müqavilə imzalanıb. "Fənərbaхça" holland futbolçuya ildə 4,9 milyon avro maaş və 20 min avro matçbaşı verəcək. Van Persiyə 40-dan artıq oyuna görə matçbaşı verilməyəcək.

"Fənərbaхça" Van Persinin maaşını açıqladı

Robin van Persinin transferi rəsmiləşdi

"Mançester Yunayted"dən ayrılan hollandiyalı ulduz futbolçu Robin Van Persi bu gün "Fənərbaxça" ilə müqaviləyə imza atıb.

Qeyd edək ki, imza mərasiminə minlərcə "Fənərbaxça" azarkeşi gəlib. Qeyd edək ki, 31 yaşlı futbolçu İngiltərədə "Fənərbaxça" üçün tibbi müayinədən keçib. Van Persi "Mançester Yunayted"ə 25 milyon funt-sterlinq qarşılığında "Arsenal"dan transfer olunmuşdu.

"Fənərbaхça" Van Persinin maaşını açıqladı


Professional kariyerasına 2001-ci ildə Hollandiyanın "Feyennord" klubunda başlayan Van Persi, üç mövsüm burada çıxış etdikdən sonra İngiltərənin "Arsenal" klubuna transfer olunub. "Topçular"ın heyətində 194 matçda 96 qola imza atan hollandiyalı ulduz, 2012-ci ildə daha bir ingilis nəhəngi "Mançester Yunayted"ə keçir. "Qırmızı şeytanların" heyətində isə 86 qarşılaşmada 48 dəfə rəqib qapılarına yol tapıb.

"Fənərbaxça" ulduzlara doymur

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *