Pedrodan "Barselona" etirafı
“Barselona”lı hücumçu Pedro Rodriges klubunu dəyişmək istədiyini etiraf edib.
ANS PRESS-in məlumatına görə, klubun direktoru Robert Fernandes açıqlamasında futbolçunun komandadan ayrılmaq istədiyini deyib.
Hətta ispaniyalı forvard klub rəsmilərindən tezliklə onu “Mançester Yunayted”ə satmağı xahiş edib:
“Pedro xahiş etdi ki, tezliklə onun transfer məsələsini həll edək. O, artıq komandada qalmaq istəmir. Lakin yeganə transferin baş tutmasına mane olan İngiltərə təmsilçisinin istədiyimiz məbləği ödəməkdən imtina etməsidir. Biz futbolçunu 30 milyon avrodan aşağı qiymətə satmaq fikrində deyilik. “Mançester Yunayted” isə Pedronun transfer haqqını ödəmək istəmir. Onlar futbolçunu bir qədər aşağı qiymətə almaq istəyir. Yəqin ki, yaxın günlərdə bu məsələyə tam aydınlıq gətirəcəyik”.
Mənbə:> ANSPRESS