Qriqorçuk qələbədən danışdı
Ölkəmizi Avropa Liqasında təmsil edən "Qəbələ" tarix yazdı.
“Qafqazinfo” xəbər verir ki, pley-off mərhələsində Yunanıstanın "Panatinaikos" klubu ilə qarşılaşan təmsilçimiz səfərdə rəqibi ilə 2:2 hesabı ilə bərabərə qaldı.
Səfərdə vurduğu qollar hesabına tarixində ilk dəfə qrup mərhələsinə adlayan "qırmızı-qaralar"ın baş məşqçisi Roman Qriqorçuk oyundan sonra təşkil olunan mətbuat konfransında iştirak edib, oyunla bağlı fikirlərini səsləndirib:
"Bizim üçün yunan azarkeşlərin təzyiqi problem olmadı. Afinalılar həqiqədən də gözəl azarkeşlik etdilər. Ancaq biz oyuna hazırlaşmışdıq. Bizim tapşırığımız ondan ibarət idi ki, oyunumuzu itirməyək. Buna da nail ola bildik. Əlbəttə yeni transfer etmək fikrindəyik. İstərdik ki, yeni alacağımız futbolçu avtoritet olsun. Qayın 30 yaşı var, amma işinə peşəkar yanaşan futbolçudu. İstərdik ki, belə tipdə olan futbolçumuz olsun. Yeni transferin yaşı bir o qədər də önəmli deyil.
Mənbə:> Qafqazinfo.az