Premyer Liqanın oyunlarını hansı kanal yayımlayacaq? » AzNews.info -Xəbər portalı

Bölmə: Futbol, Media

Premyer Liqanın oyunlarını hansı kanal yayımlayacaq?

Premyer Liqanın oyunlarını hansı kanal yayımlayacaq?


Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Peşəkar Futbol Liqasının Premyer Liqa oyunlarının televiziya vasitəsilə yayımı ilə bağlı 20 iyul 20015-ci il tarixində elan etdiyi tenderə sənədlərin son təqdim olunma müddəti bu gün başa çatıb.

Oxu.Az-ın AFFA-nın saytına istinadən məlumatına görə, tenderdə iştirak etmək üçün yalnız bir TV kanalı müraciət edib. Tenderin yekun qərarı barədə yaxın günlərdə rəsmi məlumat veriləcək.

Tenderin şərtləri aşağıda qeyd olunub:

- Premyer Liqanın hər tur minimum 2 oyun canlı yayımlansın;

- Oyunları yayımlayacaq televiziya kanalında mövsümü əhatə edən həftəlik futbol verilişi hazırlansın;

- AFFA-nın təşkil etdiyi liqaların hər həftə minimum 1 oyunu canlı və ya videoyazı şəklində yayımlansın.

Tenderin məbləği 1 milyon manatdır. Bu vəsait Premyer Liqa klubları arasında bərabər şəkildə bölünəcək.

Tenderin qalibi oyunların görüntülərini yaymaq, satmaq, hər hansı digər yayımçıya vermək səlahiyyətinə malik olacaq.

Tenderin qalibi üçün stadionda reklam bannerləri üçün yer ayrılacaq.

Oyunların vaxtı 10 gün əvvəlcədən PFL və televiziya kanalı tərəfindən birgə müəyyənləşdiriləcək.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *