FİFA “Bakı”nı cəzalandırdı
Cari mövsümdə Premyer Liqada 9-cu yeri tutan və bu səbəbdən də I diviziona düşən “Bakı”ya növbəti zərbə FİFA-dan gəlib.
AzNews.info futbolxeber.az-a istinadən xəbər verir ki, ali futbol qurumu paytaxt klubunu cəzalandırıb. FİFA-nın qərarına əsasən “Bakı” yeni mövsümdə birinci diviziona -6 xalla başlamalıdır. Bu qərar klubdan FİFA-ya edilən şikayətlərə görədir. Belə ki, komandadan ayrılan futbolçular maaşlarını ala bilmədiklərinə görə FİFA-ya şikayət ünvanlayıblar.
Mənbə:> Futbolxeber.az