Meksika millisinin baş məşqçisi işdən qovuldu
Meksika millisinin CONCACAF kubokunun finalında qələbə qazandığı günün səhəri Migel Errera komandanın baş məşqçisi vəzifəsindən uzaqlaşdırılıb.
Oxu.Az “İnterfaks”a istinadən xəbər verir ki, baş məşqçinin istefaya göndərilməsinə səbəb jurnalist Kristian Martinoliyə əl qaldırması olub.
Errera ona hücum edərək boynundan vurub. Martinoli dəfələrlə Meksika yığmasının iş üsullarını tənqid edib.
Migel Errera Meksika yığmasına 2013-cü ildən rəhbərlik edir. CONCACAF kubokunun finalında meksikalılar Yamayka üzərində 3:1 hesabı ilə qələbə çalıblar.
Mənbə:> Oxu.Az