“ShamkirChess 2019” : Şəhriyar Məmmədyarov Ananda məğlub oldu
Azərbaycanlı mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2019" turnirində III turun bütün görüşləri başa çatlb.
Virtualaz.org xatırladır ki, bu turda Şəhriyar Məmmədyarov Hindistan təmsilçisi Vişvanatan Anandla üz-üzə gəlib. Görüş Məmmədyarovun məğlubiyyəti ilə yekunlaşıb - 0:1.
Son dünya çempionu norveçli Maqnus Karlsen çexiyalı David Navaranı məğlub etməklə turnirin vahid lideri olub.
III turun nəticələri:
Sergey Karyakin (Rusiya) - Veselin Topalov (Bolqarıstan) - 0,5
Teymur Rəcəbov (Azərbaycan) - Dinq Liren (Çin) - 0,5:0,5
Alekandr Qrişuk (Rusiya) - Aniş Giri (Hollandiya) - 0,5:0,5
David Navara (Çexiya) - Maqnus Karlsen (Norveç) - 0:1
Vişvanatan Anand (Hindistan) - Şəhriyar Məmmədyarov (Azərbaycan) - 1:0
Qeyd edək ki, 3 turdan sonra Maqnus Karlsen 2,5 xalla I pillədə qərarlaşıb. Dinq Liren və Sergey Karyakin 2 xalla 2-3-cü, Vişvanatan Anand, Teymur Rəcəbov və Veselin Topalov 1,5 xalla 4-6-cı yerləri bölüşdürür. 1 xalı olan Alekandr Qrişuk, Aniş Giri, Şəhriyar Məmmədyarov və David Navara isə 6-10-cu yerdədirlər.
* * *20:07
Azərbaycan şahmatçısı Teymur Rəcəbov mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2019" turnirində növbəti görüşünü başa vurub.
32 yaşlı qrossmeyster III turda Çin təmsilçisi Dinq Lirenlə üz-üzə gəlib. O, əvvəlki turlarda olduğu kimi bu görüşünü də heç-heçə ilə yekunlaşdırıb. 3 turdan sonra Rəcəbovun 1,5, Dinq Lirenin isə 2 xalı var.
Hazırda Sergey Karyakin (Rusiya) - Veselin Topalov (Bolqarıstan), David Navara (Çexiya) - Maqnus Karlsen (Norveç), Alekandr Qrişuk (Rusiya) - Aniş Giri (Hollandiya) və Vişvanatan Anand (Hindistan) - Şəhriyar Məmmədyarov (Azərbaycan) qarşılaşmaları davam edir.
Qeyd edək ki, turnirə aprelin 9-da yekun vurulacaq.
Mənbə:> Virtualaz.org